AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password

1996-cı ildə yaradılmış «Başak-İnam» Sığorta Şirkətinin mövqeyi Azərbaycanda fəaliyyət göstərən yerli, xarici fiziki və hüquqi şəxslərə dünya standartlarına uyğun sığorta xidmətlərini təqdim etməkdir. Yaranma tarixindən başlayaraq yerli sığorta şirkətləri arasında lider yerlərdən birini tutan şirkətimiz xüsusi müştəri xidməti fəlsəfəsi ilə digər şirkətlərdən fərqlənir.

Müştərilərimizin maksimum rahatlığını və maliyyə sabitliyini təmin edən Başak-İnam SŞ sığortalıların ehtiyaclarını ödəmək məqsədi ilə öz xidmətlərini inkişaf etdirərək yeni addımlar atmaqdadır. Aşağıda adları qeyd edilmiş potensiallı təsisçilərdən təşkil olunmuş təsisçi heyətimiz şirkətin xidmət sahəsində başlıca rollardan birini oynayır:

Başak Sığorta AŞ-Türkiyə
Turan Kommersiya Bankı
Azərtürk Birgə Səhmdar Kommersiya Bankı
Aqrar-Kredit təşkilatı
Fiziki şəxslər

Müasir dövrdə sığorta bazarının və sığortalıların tələblərini operativ olaraq təmin etmək başlıca amildir. Gündəlik əməliyyatlarımızda müştəri ilə ilk ünsiyyəti quran sığorta şəhadətnamələrinin satışını təşkil edən işçilərimiz və zərər tənzimləyici mütəxəssislərimizdir. Azərbaycanda sığorta bazarının inkişafını məqsəd tutan şirkətimiz ilk olaraq sığorta agentliyi sisteminin güclənməsi prinsipini həyata keçirir. Sığorta xidmətlərinin mahiyyətini müştərilərimizə anladan yüksək sığorta biliyinə yiyələnmiş sığorta agentlərimiz, şəhadətnamə satışını təşkil edən işçilərimiz və zərər tənzimləyici mütəxəssislərimiz şirkət daxilindəki digər işçilərimizlə birlikdə müştərilərimizin maliyyə stabilliyinin pozulmaması üçün əhəmiyyətli olan xidmətlərimizi inkişaf etdirmək üçün səy göstərirlər.

Etibarlı təkrarsığorta və broker şirkətləri ilə əlaqələr qurmuş şirkətimiz böyük həcmli risqləri İngiltərə, Almaniya, İsveçrə və Türkiyə sığorta bazarlarında müştərilərimizin ehtiyaclarına uyğun qiymətlər və şərtlər əsasında təkrarsığortaya verir.

Yerli sığorta bazarında göstərdiyi mükəmməl xidmətlər sayəsində şirkətimiz Avropa sığorta cəmiyyətləri tərəfindən bir sıra mükafatlara layiq görülmüşdür.

Əldə etdiyimiz bu uğur və nəaliyyətlərdə təbii olaraq müştərilərimizin də xüsusi qeyd olunacaq rolu var. Bizə göstərdiyiniz etimadınıza gürə Sizə təşəkkür edir və sığorta ehtiyaclarınızı qarşılamaq üçün yolunuzu gözləyirik.

Unutmayın, «Başak-İnam» SŞ-nin müştərisi olmaq bir özəllikdir.

Hörmətlə,

Orxan Həsənov
Baş direktor

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az